ABŞ-ın Suriyadan öz ordularını çıxartması ABŞ Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında əldə olunan müəyyən razılaşma ilə bağlı ola bilər.
Shafaqadogru.com xəbər verir ki, bunu "RİA Novosti” agentliyinə açıqlamasında Çinin Beynəlxalq Münasibətlər İnstitutunun Yaxın Şərq Tədqiqatı Mərkəzinin direktoru Qao Şantao deyib.
"Mənə Trampın niyyəti, Prezident Ərdoğanla hansı razılaşmalar əldə etməsi hələ də aydın deyil. Silahlı kürdlər üçün elə də yaxşı olmayan günlər başlayır. Türkiyənin Suriyada varlığı güclənəcək, Əsədin mövqeləri daha da möhkəmlənəcək. Bu, Rusiyaya sərfəlidir. ABŞ-ın Suriyadan ordularını tam şəkildə çıxartma ehtimalı yüksəkdir. Bu gün hələlik təsdiq edilməyən Ərdoğanla Trampın hansı razılaşmalar əldə etməsi, bunun hansı köklü maraqlara aid olmasıyla bağlıdır. Əgər dəyər sərfəli olsa, Tramp hər şeyə hazırdır”, – deyə o bildirib.
Qeyd edək ki, Tramp bundan öncə Suriyadan ABŞ hərbçilərinin çıxarılması haqqında qərar qəbul edib. "Röyter” agentliyi isə bu qərar sayəsində ABŞ Dövlət Departamentinin nümayəndələrinin Suriyanı 24 saat, hərbçilərin isə 60-100 gün ərzində tərk etməli olduğunu bildirib.