Şəfəqə Doğru » Manşet » Tramp ordunu Suriyadan niyə çıxardı? – Səfir

Tramp ordunu Suriyadan niyə çıxardı? – Səfir

Tramp ordunu Suriyadan niyə çıxardı? – Səfir

ABŞ Prezidenti Donald Trampın qoşunları Suriyadan çıxarmaq qərarı bir sıra amillər, o cümlədən Türkiyə və daxili-siyasi məsələlərlə bağlıdır.

Shafaqadogru.com  xəbər verir ki, bu barədə Suriyanın Çindəki səfiri İmad Mustafa danışıb.

"Bu, bir çox amilin rol oynadığı çox qəliz vəziyyətdir. Bir tərəfdən də həqiqətən ABŞ-ın Türkiyəni Rusiyadan ayırıb öz təsir dairəsinə qaytarmaq cəhdlərinin olduğunu söyləmək olar”, - diplomat bildirib.

Səfirin sözlərinə görə, Tramp bu addımı atmaqla həm də diqqəti daxili-siyasi problemlərdən yayındırmağa çalışır.

"Trampın addımı Suriyanın milli maraqları ilə üst-üstə düşür. İstənilən suriyalı ABŞ əsgərlərinin ölkəni tərk etməsini görməkdən xoşbəxt olacaq”, - səfir qeyd edib.