Albaniya parlamentində müxalifət nümayəndələri qızğın debatlar zamanı ölkənin baş naziri və hakim Sosialistlər Partiyasının lideri Edi Ramuya yumurta atıblar.
Shafaqadogru.com "Albanian Daily News” nəşrinə istinadən xəbər verir ki, Albaniyada dekabrın əvvəllərindən kəsr imtahanları üçün pul yığılmasına etiraz edən tələbələr kütləvi aksiyalar keçirir.
Hökumət rüsumu ləğv etməklə tələbələrə güzəştə getsə də, etirazçılar yeni tələblərlə çıxış ediblər.
Minlərlə tələbə hər gün Təhsil Nazirliyinin qarşısındakı küçəni bağlayır, baş nazir isə onlarla danışıqlar aparmaq istəyir.
"Müxalif deputatlarla müzakirə aparan zaman baş nazir deyib ki, ən yaxşısı onların bir-biri ilə müzakirələr aparmasıdır, o isə tələbələrlə danışıqlarla məşğuldur. Bu, deputatların narazılığına səbəb olub və Demokratik Partiyanın deputatı Endryu Xas baş nazirə yumurta atıb. Bu zaman mühafizəçilər onu zaldan çıxarıblar”, - məlumatda qeyd edilib.
İnsidentlə əlaqədar iclas yarımçıq dayandırılıb.