ABŞ prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Pentaqon əsgərlərinin Suriyadan çəkilməsi məsələsini müzakirə etməsi fəlakətə yol açıb. Publika.az xəbər verir ki, bu barədə "Vaşinqton Post” qəzeti yazıb.
Xəbərə görə, 14 dekabr tarixində telefon danışığı zamanı Ərdoğan Trampa daha öncə terrorçular üzərində qələbə çalmış olduğu halda niyə ABŞ-ın kürdlərə hələ də silah tədarük etdiyi barədə soruşub. Tramp isə cavabında "bilirsiniz, o (Suriya) sizindir. Mən gedirəm” deyib.
Həmçinin, xəbərdə bildirilib ki, Trampın bu qərarı Vaşinqtonda müxtəlif reaksiyalarla qarşılanıb. Konqresin bir çox üzvü prezidentin qərarını fəlakət adlandırıb və Suriyanın torpaqlarını Rusiya ilə İrana vermək kimi dəyərləndirib.
Qəzetin iddiasına görə müdafiə naziri Ceyms Mettis məhz bu məsələ üzündən istefa verəcək. Çünki Tramp Mettisə Suriya məsələsini həll etmək üçün vaxt vermişdi. Lakin nazir bu problemin öhdəsindən gələ bilmədi.
Mettis və Trampın digər məsləhətçiləri onu qərardan vaz keçməyə çağırsalar da, ABŞ prezidenti Pentaqonun Suriyada qalmasının baha başa gəldiyini deyib.