Şəfəqə Doğru » Manşet » Tramp İraqda baş nazirlə görüşmədi – Qəribə səbəb

Tramp İraqda baş nazirlə görüşmədi – Qəribə səbəb

Tramp İraqda baş nazirlə görüşmədi – Qəribə səbəb

ABŞ Prezidenti Donald Trampla İraq Baş naziri Adil Əbdül Mehdi arasında Bağdadda görüş olmayıb.

Shafaqadogru.com xəbər verir ki, bu məlumatı İraq Nazirlər Kabineti yayıb. Məlumata görə, görüş tərəflər arasındakı fikir ayrılığı ucbatından baş tutmayıb. Belə ki, Vaşinqton Trampın səfəriylə bağlı Bağdadı yalnız 26 dekabrda – səfərin gerçəkləşdirildiyi anda xəbərdar edib.

Tərəflər yalnız telefonda danışıblar. Telefon danışığı zamanı iki ölkə lideri regiondakı situasiyanı, xüsusilə də Suriyanı müzakirə ediblər.

Ağ Evin mətbuat katibi Sara Sanders isə bu gün jurnalistlərə açıqlamasında Trampın yerinə İraq baş naziriylə ABŞ Dövlət katibi Mayk Pompeonun görüşəcəyini deyib. O, görüşün 11 yanvarda baş tutacağını söyləyib.