Dünən Kremldə Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan arasında keçirilmiş danışıqların əsas məsələsi – Rusiya qazının qiymətində endirim – cavabsız qalıb: tərəflər ümumi qərara gələ bilməyiblər Shafaqadogru.com xəbər verir ki, Paşinyanın öz "Facebook” səhifəsində yerləşdirdiyi bəyanatından belə qənaətə gəlmək mümkündür.
Eyni zamanda, keçirilmiş danışıqları şərh edərək, Paşinyan qeyd edib ki, Ermənistana nəql edilən Rusiya qazının qiyməti mövzusunda nikbindir. Sosial şəbəkədəki səhifəsində canlı yayımda baş nazir əvəzi belə deyib.
"Qazla bağlı qərar yoxdur, lakin müzakirələr davam edir. Əlbəttə, görüşdə qeyd olundu ki, hər iki tərəf üçün bu, həssas məsələdir”, nikbin əhvalda olduğunu vurğulayan Paşinyan bildirib.
"Ümid edirəm ki, nəticələr bizim üçün arzuolunan olacaq, ən azı arzuolunmaz nəticələr olmayacaq”, - danışıqlara yekun vurarkən Ermənistan hökumətinin başçısı qeyd edib.
Sözünün yekununda Paşinyan izləyicilərinin diqqətinə çatdırıb ki, tərəflər "ikitərəfli gündəliyin bütün məsələlərinə” toxuna bilməyiblər. Qeyd edək ki, hazırda Ermənistan Rusiyadan qazı sərhəddə 1000 kub metri 150 dollara alır, lakin istehlakçılara həmin qaz iki dəfə baha qiymətə satılır.