2018-ci ildə 409 nəfər Gürcüstan vətəndaşı İrlandiyaya qaçqın statusu üçün müraciət edib.
Shafaqadogru.com xəbər verir ki, bu barədə Gürcüstanın İctimai Televiziyası irland nəşrlərinə istinadla informasiya yayıb.
Gürcülər ölkələrini tərk etmələrinə səbəb kimi Rusiya ilə mövcud olan hərbi konflikt, yoxsulluq, təhsil və tibbi xidmətlərinin yüksək səviyyədə olmamasını göstərib.