Şəfəqə Doğru » Manşet » Oruc Məmmədovun rəhbərliyi altında zavod 30 il talanıb- “Sabunçu Elmi-İstehsalat Birliyi”nin ərazisi satılıb,sexlər icarəyə verilib...

Oruc Məmmədovun rəhbərliyi altında zavod 30 il talanıb- “Sabunçu Elmi-İstehsalat Birliyi”nin ərazisi satılıb,sexlər icarəyə verilib...

Məlum olduğu kimi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi hələ Sovetlər İttifaqı dönəmindən Azərbaycan iqtisadıyyatında xüsusi yerə malik, "Azneftkimyamaş” ASC-nin tərkibində olmuş, uzun zamanlar neft sənayesi üçün avadanlıqlar istehsal etmiş "Sabunçu Elmi-İstehsalat Birliyi” Törəmə Açıq Səhmdar Cəmiyyətini bu il oktyabr ayında özəlləşdirməyə çıxarmışdır.

Qeyd etməyimiz yerinə düşər ki, bu zavodun istehsal etdiyi avadanlıqlara vaxtı ilə neft sənayesi sahəsində fəaliyyət göstərən İttifaq respublikalarında,həmçinin xarici ölkələrdə belə ehtiyac duyulurdu. Sovetlər İttifaqı dağıldıqdan sonra isə sözügedən zavod əvvəlki şöhrətini itirmiş, vaxtilə yüzlərlə insanın çalışdığı bir müəssisə xarabalığa çevrilmişdi. Amma buna baxmayaraq, 1983 -cü ildən zavodun direktoru olan Oruc Məmmədov müəssisədəki bir çox sexlərin fəaliyyətini dayandırmağa imkan verməmiş, şəxsi məqsədləri üçün nə az nə çox,düz otuz beş il işlədə bilmişdir.

"Sabuncu Elmi İstehsalat Birliyi” son dövrlər maşınlar üzərində müxtəlif qurğuların quraşdırılması ilə yanaşı, metal konstruksiyalar, körpülər üçün metal özüllər,hündürmərtəbəli binalar üçün metal konstruksiyalar, işıq dirəkləri də istehsal edib. Bu müddət ərzində birliyin dövlətə nə qədər xeyir verməsi barədə konkret heç bir fikir söyləyə bilməsək də, Birliyin rəhbəri Oruc Məmmədovun dövlət əmlakını talaması barədə məlumatlar yayılıb. Bizə verilən məlumatlara görə, Oruc Məmmədov Birliyin faktiki ərazisini zaman-zaman müxtəlif adamlara sataraq sahəni 10 hektardan 8 hektara salıb. Təbii ki, o bu işləri təkbaşına görə bilməzdi.Yayılan xəbərlərə görə, bu işdə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin də az rolu olmayıb. Əsas məsələ isə Birliyin özəlləşdirilməsi zamanı baş verib ki,buradan kimə nə qədər pay düşməsindən heç kimin xəbəri yoxdu.

Aktualinfo.org məlumatında o da vurğulanır ki, "Sabuncu Elmi İstehsalat Birliyi” TASC-nin özəlləşdirilməsi zamanı direktor Oruc Məmmədovla bağlı bir sıra iddialar mövcuddur. Belə ki,1983-cü ildən bəri adı çəkilən qurumun rəhbəri olmuş Oruc Məmmədov özəlləşdirmə zamanı gizli sövdələşmələr aparıb.Bu sövdələşmələri kiminlə apardığı hələlik dəqiq bilinməsə də, bəzi detallar artıq hamıya məlumdur. Belə ki,özəlləşdirmədə Oruc Məmmədov əldə etdiyi gəlirdən əlavə, "Zabrat Maşınqayırma Zavodu”nun direktoru postunu da əldə edib. Görəsən,yaşı artıq çoxdan yetmişi ötmüş Oruc Məmmədova bu zavoda rəhbərlik etmək hansı ehtiyacdan yaranıb? Otuz beş ildən çox bir müəssisəyə rəhbərlik etmiş, vaxtı ilə millət vəkili olmuş Oruc Məmmədova bu vəzifə lazım idimi? Belə çıxır ki,əldən gedən "Sabunçu Elmi-İstehsalat Birliyi”-nin müqabilində yeni vəzifəyə ehtiyac var imiş.

Saytın məlumatına görə,dəyəri 10 milyonlarla olan "Sabuncu Elmi İstehsalat Birliyi” ni Oruc Məmmədov su qiymətinə özəlləşdirməyə açıq etməklə korrupsiya əməllərinə yol verib.Çox maraqlıdır,görəsən bir özəlləşdirmə çekinin nominal qiyməti neçə manata hesablanıb? Zavod özəlləşdirməyə çıxarılan zaman əmək kollektivinə təkliflər olunubmu və ya payçılara hansısa güzəştlər edilibmi?

Təbii ki, bu məsələdə Əmlak Məsələləri üzrə Dovlət Komitəsi daha çox cavabdehlik daşıyır. Butun bu kimi sualları cavablandırmaq isə mətbuat orqanının deyil, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, Hesablama Palatasının, Maliyyə və Vergilər Nazirliklərinin və digər aidiyyatı qurumların səlahiyyətləri çərçivəsindədir.
Məlum olduğu kimi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi hələ Sovetlər İttifaqı dönəmindən Azərbaycan iqtisadıyyatında xüsusi yerə malik, "Azneftkimyamaş” ASC-nin tərkibində olmuş, uzun zamanlar neft sənayesi üçün avadanlıqlar istehsal etmiş "Sabunçu Elmi-İstehsalat Birliyi” Törəmə Açıq Səhmdar Cəmiyyətini bu il oktyabr ayında özəlləşdirməyə çıxarmışdır.
Qeyd etməyimiz yerinə düşər ki, bu zavodun istehsal etdiyi avadanlıqlara vaxtı ilə neft sənayesi sahəsində fəaliyyət göstərən İttifaq respublikalarında,həmçinin xarici ölkələrdə belə ehtiyac duyulurdu. Sovetlər İttifaqı dağıldıqdan sonra isə sözügedən zavod əvvəlki şöhrətini itirmiş, vaxtilə yüzlərlə insanın çalışdığı bir müəssisə xarabalığa çevrilmişdi. Amma buna baxmayaraq, 1983 -cü ildən zavodun direktoru olan Oruc Məmmədov müəssisədəki bir çox sexlərin fəaliyyətini dayandırmağa imkan verməmiş, şəxsi məqsədləri üçün nə az nə çox,düz otuz beş il işlədə bilmişdir.

"Sabuncu Elmi İstehsalat Birliyi” son dövrlər maşınlar üzərində müxtəlif qurğuların quraşdırılması ilə yanaşı, metal konstruksiyalar, körpülər üçün metal özüllər,hündürmərtəbəli binalar üçün metal konstruksiyalar, işıq dirəkləri də istehsal edib. Bu müddət ərzində birliyin dövlətə nə qədər xeyir verməsi barədə konkret heç bir fikir söyləyə bilməsək də, Birliyin rəhbəri Oruc Məmmədovun dövlət əmlakını talaması barədə məlumatlar yayılıb. Bizə verilən məlumatlara görə, Oruc Məmmədov Birliyin faktiki ərazisini zaman-zaman müxtəlif adamlara sataraq sahəni 10 hektardan 8 hektara salıb. Təbii ki, o bu işləri təkbaşına görə bilməzdi.Yayılan xəbərlərə görə, bu işdə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin də az rolu olmayıb. Əsas məsələ isə Birliyin özəlləşdirilməsi zamanı baş verib ki,buradan kimə nə qədər pay düşməsindən heç kimin xəbəri yoxdu.

Aktualinfo.org məlumatında o da vurğulanır ki, "Sabuncu Elmi İstehsalat Birliyi” TASC-nin özəlləşdirilməsi zamanı direktor Oruc Məmmədovla bağlı bir sıra iddialar mövcuddur. Belə ki,1983-cü ildən bəri adı çəkilən qurumun rəhbəri olmuş Oruc Məmmədov özəlləşdirmə zamanı gizli sövdələşmələr aparıb.Bu sövdələşmələri kiminlə apardığı hələlik dəqiq bilinməsə də, bəzi detallar artıq hamıya məlumdur. Belə ki,özəlləşdirmədə Oruc Məmmədov əldə etdiyi gəlirdən əlavə, "Zabrat Maşınqayırma Zavodu”nun direktoru postunu da əldə edib. Görəsən,yaşı artıq çoxdan yetmişi ötmüş Oruc Məmmədova bu zavoda rəhbərlik etmək hansı ehtiyacdan yaranıb? Otuz beş ildən çox bir müəssisəyə rəhbərlik etmiş, vaxtı ilə millət vəkili olmuş Oruc Məmmədova bu vəzifə lazım idimi? Belə çıxır ki,əldən gedən "Sabunçu Elmi-İstehsalat Birliyi”-nin müqabilində yeni vəzifəyə ehtiyac var imiş.

Saytın məlumatına görə,dəyəri 10 milyonlarla olan "Sabuncu Elmi İstehsalat Birliyi” ni Oruc Məmmədov su qiymətinə özəlləşdirməyə açıq etməklə korrupsiya əməllərinə yol verib.Çox maraqlıdır,görəsən bir özəlləşdirmə çekinin nominal qiyməti neçə manata hesablanıb? Zavod özəlləşdirməyə çıxarılan zaman əmək kollektivinə təkliflər olunubmu və ya payçılara hansısa güzəştlər edilibmi?

Təbii ki, bu məsələdə Əmlak Məsələləri üzrə Dovlət Komitəsi daha çox cavabdehlik daşıyır. Butun bu kimi sualları cavablandırmaq isə mətbuat orqanının deyil, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, Hesablama Palatasının, Maliyyə və Vergilər Nazirliklərinin və digər aidiyyatı qurumların səlahiyyətləri çərçivəsindədi.

Shafaqadogru.com olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!

Faktinfo.az