"Baku Elektronics” şirkəti saxta endirimlərlə müştəriləri aldadır.
Shafaqadogru.com xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, şirkətin rəsmi saytında göstərilən endirim qiymətləri ilə real qiymətlər arasında xeyli fərq var:
"Saytda bəyəndiyim məişət avadanlığının (ütü) qiymətinin 95 manatdan 74 manata düşdüyü qeyd olunmuşdu. Zəng vurduğum zaman isə sadəcə 10 manat dəyərində endirim ediləcəyi bildirildi. Halbuki zəngi qiymətlə bağlı yox, malın stok məlumatları ilə bağlı etmişdim. Yəni şirkət işçiləri saxta endirim elanından xəbərdardırlar. Müştərini aldadıb tələyə salırlar. Mağazaya cəlb edib "sürpriz” etmək istəyirlər”.
"Baku Elektronics”in isə məsələyə münasibəti belə olub: "Ola bilər ki, qiymətlər texniki baxımdan, saytın yenilənmədiyi üçün elə göstərilir”.