Rusiya ilə müharibə başlayacağı halda, Latviyada yerləşən hipotetik NATO bazaları bir neçə dəqiqə ərzində məhv ediləcək.
Shafaqadogru.com Axar az-a isdinadən xəbər verir ki, bu sözləri Latviya Silahlı Qüvvələrinin Baş Qərargahının Strateji Planlaşdırma Departamentinin keçmiş rəhbəri Raymond Rublovski deyib.
"Hazırda Latviyada sadəcə NATO-ya aid bir batalyon var. Qüvvələrin balansı cəhətdən bu, Moskva üçün heç bir təhlükə təşkil etmir. Ölkənin ərazisində NATO bazasının yerləşməsi isə onun təhlükəsizliyinə kömək etmir. Belə ki, istənilən halda Latviya NATO-Rusiya münaqişəsinin əsirinə çevriləcək və hətta müharibə aparmağa belə vaxtı olmayacaq", - Rublovski bildirib.