Şəfəqə Doğru » Manşet » Azərbaycanda donuz qripi var - Video

Azərbaycanda donuz qripi var - Video

Azərbaycanda donuz qripi var - Video

Azərbaycanda H1N1 virusu var, amma bunun adı "donuz qripi” deyil. Bu qrip ilk yayıldığı zaman adına "donuz qrip” deyildi. Lakin son 10 ildə buna "insan qripi” deyirik. Gürcüstanda H1N1 virusu çox yayılıb. Hər il dünyada 70 min insan qripdən ölür.

Shafaqadogru.com  xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

"Bu virus dünyada varsa, onu heç kim dayandıra bilməz. Azərbaycanda isə böyüdüləcək qədər dəhşətli deyil. Hər ilin ikinci ayında laborator nümunələrin analizi aparılır. 10-cu ayda isə peyvəndlər hazırlanır. Hər yerdə mövsümi qriplər var: Azərbaycanda da, Gürcüstanda da. Qripdən qorunmaq üçün peyvənd olunmaq lazımdır.

İnsanlar tez-tez əllərini yumalıdırlar. Öskürərkən dəsmala öskürmək lazımdır. Bu yolla başqalarını da, özümüzü də qoruya bilərik”, - o bildirib.

Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev bildirib ki, bu qrip Azərbaycanda kəskin şəkildə deyil:

"Əgər kəskin olarsa, bildirmək istəyirəm ki, Səhiyyə Nazirliyinin üç böyük klinikası bu xəstəliklə mübarizə aparmaq gücündədir”.