4 fevral Dünya Xərçənglə Mübarizə Günü kimi qeyd edilir.
2005-ci ildən başlayaraq hər il qeyd edilən bu günün təsis edilməsinin başlıca məqsədi diqqəti xərçəng xəstələrinə yönəltmək, eləcə də xərçəng xəstəliyinin təhlükəlilik dərəcəsi və onun yeni müalicə üsullarını dünya ictimaiyyətinə çatdırmaqdır.
Mütəxəssislər bildirilər ki, xərçəngə yoluxma hallarının 40 faizə qədərinin qarşısını almaq mümkündür. Xərçəngin əksər növlərində xəstəliyin vaxtında aşkarlanması və düzgün aparılan müalicə nəticəsində sağalma ehtimalı çox yüksəkdir.
Son illər bütün dünyada olduğu kimi, ölkəmizdə də onkoloji xəstələrin sayında artım var. Rəsmi məlumatlara görə, hazırda Azərbaycanda xərçənglə üzləşən 17,5 min xəstə var.