Musavat.com saytının Facebook səhifəsindəki canlı yayınında bu dəfə iqtisadçı Əkrəm Həsənov problemli kreditlər mövzusunda bütün suallara aydınlıq gətirəcək.
Hansı kreditlərə dövlət dəstək verməlidir? Dollarla ipoteka krediti götürənlərə də dövlət dəstək verməlidirmi? Problemli kreditlərin nə qədəri sadə vətəndaşlarındır? Bu və bunun kimi əksər vətəndaşları maraqlandıran mövzulara canlı yayın zamanı aydınlıq gətiriləcək.
Bu gün, fevralın 22-də, saat 12.00-də başlanacaq verilişə siz də öz mövqe və suallarınızla qatılın, mövzunun detalları ilə tanış olun.
Bir saat boyunca davam edəcək canlı yayın zamanı saytımızın və Facebook səhifəmizin izləyiciləri də müzakirələrdə aktiv iştirak edə bilərlər.