Şəfəqə Doğru » Manşet » Bu məhsullar insanı xərçəng və sonsuz edir - İNANMAYACAĞINIZ FAKTLAR/SİYAHI

Bu məhsullar insanı xərçəng və sonsuz edir - İNANMAYACAĞINIZ FAKTLAR/SİYAHI

Bu məhsullar insanı xərçəng və sonsuz edir - İNANMAYACAĞINIZ FAKTLAR/SİYAHI

İstehsal olunan məhsulların bir çoxu uşaqları gələcəkdə xərçəng xəstəsi və ya sonsuz etmək üçün nəzərdə tutulub. Bir çox həkimlər deyir ki, hazır məhsullar, fəstfudlar, qazlı içkilər, cipsilər, duzlu çubuqlar və bir çox qidalar onkoloji xəstəliklərə yol açır. Odur ki, uşaqların sağlam olması üçün onlara verdiyiniz hər bir məhsulun tərkibinin keyfiyyətli olmasına diqqət etmək lazımdır.

Shafaqadogru.com  oxucuları menyudan çıxartmalı olduğunuz məhsullarla tanış edib.

1. Yarımfabrikatlar

Bütün yarımfabrikatlar natrium qlutomatla doldurulub. Natrium qlutomat istənilən yeməyi dadlı və iştahlı etmək üçün xüsusi hazırlanmış duzdur. Uşaq nə qədər çox natrium qlutomat yesə, bir o qədər hiperaktiv olacaq. Uşaq sakit olmalıdır.

Valideynlər bir çox hallarda uşaqlarda müşahidə olunan hiperaktivliyin səbəbini anlamır və onu nevroloqa göstərir. Nəticədə həkim sakitləşdirici həblər yazır, bu isə uşaqları halsız edir.

2. Heç vaxt az yağlı məhsullar almayın

15% və ya 20 % xama olmur.

Az yağlı və 82%-dən aşağı yağlı süd olmur.

Bütün aşağı yağlı məhsulların tərkibində bitki yağı, palma yağı və soya var.

Kəsmik, xama, süd və kərə yağı nə qədər yağlıdırsa, bir o qədər daha təbiidir.

Əsl təbii xamanın yağlılığı həmişə 25%-dən yuxarıdır.

Yağlılığı aşağı olan hər şey genetik modifikasiyası dəyişilmiş məhsullar və ya sadəcə GMO-dur.

3. Mayalı çörək, bulka, piroq və ümumiyyətlə, mayalı xəmir bədənə yavaş təsir göstərən zəhərdir.

Blinçik və ya lavaş bişirin, özünüz bişirməyi öyrənin, yalnız mayasız çörək alın.

4. Çoxları ucuz olduğu üçün toyuq, cücə və ya bud alır.

Toyuq çox almayın ki, çünki onlar müxtəlif hormon və antibiotiklərlə yetişdirilir. Bütün bunlar sizin toxumalarınıza çökür və onkoloji xəstəliklərə gətirir. Qızların 6, 7 yaşından sonra sinəsi böyüməyə başlayır. Belə olmamalıdır. Qız 13 yaşından etibarən inkişaf etməyə başlayır.

Uşaq nə qədər çox toyuq yeyirsə, bədəni bir o qədər tez tüklənməyə başlayır. Lakin bu, sağlamlıq əlaməti deyil, bu, immunitetin daxilən məhv olduğunu göstərir. Odur ki, uşaqlara sodium qlutomat və GMO-ları qadağan etmək məqsədəuyğundur.

Son illərdə hər iki hamiləlikdən biri düşüklə nəticələnir, yaxud da döl pis inkişaf edir. Yəni, oksigen çatışmazlığı müşahidə olunur. Bütün bunların səbəbkarı adətən insanlar özləridir və onlar peyvənd, alkoqolizm və digər zərərli məhsullarla haqqında həqiqəti bilmək istəmirlər.

Qeyd:

Heç vaxt ən ucuz məhsulu almayın. Çünki ən ucuz məhullar palma yağında bişirilir, hansı ki, yalnız 38 dərəcə temperaturda işlənir. Bədənin temperaturu orta hesabla 36,6 dərəcədir, odur ki, palma yağı damarların divarlarına yapışaraq insultlara və infarktlara gətirir.

Fermerlərdən alın. Onların bütün ərzaqları təbiidir.

Rafinə edilməmiş yağlardan istifadə edin.

Yadda saxlayın ki, piy zərərli deyil, piy beyin üçün vacibdir, membranlar, hormonlar fermentlər piydir. Piydən qorxmayın.

Yağsız kəsmik, kolbasa və sosiskanın tərkibi kimyəvi maddələlərlə doludur.

Aytən Məftun