Şəfəqə Doğru » Manşet » Alış-veriş insanın səhhətinə müsbət təsir edir

Alış-veriş insanın səhhətinə müsbət təsir edir

Alış-veriş insanın səhhətinə müsbət təsir edir

 

 

Araşdırmalara görə, hər gün şoppinqə çıxan kişi və qadınlar daha uzun həyat sürürlər

 


 Digər tərəfdən, şoppinq etməyə həvəsli olmayanların isə eyni göstəriciləri daha kiçik olur. 

Alimlərin qeyd etdiyi kimi, şoppinq ünsiyyət, fəal hərəkət etmə mənbəyinə və sağlam dieta saxlamaq imkanı qazandırır. Bu barədə "Epidemiologiya və İctimai Sağlamlıq” jurnalında dərc edilmiş məqalədə deyilir. Aparıcı britaniyalı ekspertləri qeyd edirlər ki, bu cür müşahidələrin elmi əsası mövcud ola bilər. Onlar qeyd edir ki, şoppinq fiziki fəallıq, ictimai ünsiyyət və əqli fəallığı dəstəkləyir. Elmi jurnalda dərc olunmuş araşdırmada deyilir ki, Dr Yu-Hung Changın rəhbərlik etdiyi tədqiqatda 2 mindən artıq 65 yaşını ötmüş kişi və qadınlar iştirak ediblər.

Müəyyən edilib ki, mütəmadi şoppinq edənlər həftədə yalnız 1 dəfə yaxud ondan da az şoppinq edənlərdən daha çox yaşayırlar. Alimlər etiraf edir ki, şoppinq etmək sağlam insanlar üçün rəmzi əhəmiyyət daşıya bilər. Lakin eyni zamanda onlar qeyd edirlər ki, şoppinqin təkcə elə özü insanların səhhətinə müsbət təsir edə bilər.