Şəfəqə Doğru » Manşet » Unibank yenede müştərilərini aldatmaqda davam edir.

Unibank yenede müştərilərini aldatmaqda davam edir.

Unibank yenede müştərilərini  aldatmaqda davam edir.

                                       

   Bu günlərdə redaksiyamıza Unubank Kommersiya Bankı "açıq səhimdar cəmiyyətinin ”-Tovuz filialı  haqqında müraciətlər olunur.Müraciətlərdən birində bankın tovuz filialının müştərisi Qazax rayon Birinci Şxlı kənd sakini Dəryahquluyev Şakir Mahmud oğlu bildirir ki,24-04-2013 –cü ildə Unibank Komersiyya Bankının Tovuz filialından 1000 azn  məbləğində kredit götürmüş ,faizi və cəriməsi ilə  bir il müddətində ödəmişdir.Daha sonra yəni 2014-cü ildə 1000 azn məbləğində ,az sonar isə 200 azn məbləgində yenə kredit götürmüşdür.Və zaman –zaman  bacardığı qədər ,ödədiyini bildirir.Şakir Dəryahquluyev bu günə qədər cəmi  (2200) iki min iki yüz manat  pulun müqabilində (4684 )dördd min altı yüz səksən dord manat ödəmişdir. Ölkə prezidenti cənab İlham Əliyevin 2012 –ci ildən 2015-ci ilə qədər ,götürülən kreditlərin faizlərinin və cərimələrinin silinməsi və artıq ödədiyi  pulların börclulara geri qaytarılması üçün ,verdiyi məlum sərəncamdan sonra digər banklarda artıq ödənilmiş pulları vətəndaşlara geri qaytarılmasına baxmayaraq,nəinki Şakir Dəryahquluyevin artıq ödədiyi  2484 manatı geri qaytarmır hətta ,Şakir Dəruyahquluyevin yenə də ,780 manat borcu  olduğunu iddia edirlər. Bu barədə Dəryahquluyev Şakir  Azərbaycan respublikasının  birinci xanımı Mehriban xanım Əliyevaya ,Baş Prokror cənab Z.Qaralova,Milli bankın prezidenti E. Rüstəmova,Maliyyə Bazarlarının nəzarət Palatasının Direktorlar Şurasının sədiri R.Aslanlıya  müraciət ünvanlasada hələ bir cavab almadığını söyləyir. Çox acınacaqlı bir vəziyyətdir.Ölkə prezidentinin məlum sərəncamından sonra  da bankların bu saymamazlığı nə demək olur bu  anlaşılan deyil.Unibank kimə arxalanır çox maraqlıdır.Unibankın rəhbərliyi  bu əməlləri ilə   öz tamahlarına tət deməyərək,ölkə prezidentinin siyasətinin üzərinə qara kölgə salmaqla nə demək isdəyir ?

Məncə bu vətəndaşlarda sosial narazılıq  yaratmaq üçün,niyətlənmiş bir haldır.

  Qarşı tərəfidə  dinləməyə hazırıq.

Mövzuya qayıdacayıq.

                                                                                             Neymət Novruzlu