Şəfəqə Doğru » Manşet » İcra başçısı bar müğənnisini müdirə təyin etdi -ŞOK VİDEOLAR

İcra başçısı bar müğənnisini müdirə təyin etdi -ŞOK VİDEOLAR

İcra başçısı bar müğənnisini müdirə təyin etdi -ŞOK VİDEOLAR

Abşeronun xanım icra başçısından uşaqların tərbiyəsinə böyük önəm: yeni müdirə uşaqlara barlardakı gecə həyatını anladacaq? 

Azərbaycanda rüşvətlə vəzifə satılması heç kimə sirr deyil. Bunu artıq faciə belə hesab etmirik. Çünki bir qayda olaraq vəzifəni satan da məmnundur, alan da.

Amma bəzən elə kadr yerləşdirməsi baş verir ki, adam mat-məəttəl qalır və doğurdan deməyə söz tapmaq olmur. Elə son olaraq Abşeron rayonunda 17 saylı bağçanın müdiri vəzifəsinə olunan təyinat da bu qəbildəndir. Yəni deməyə söz yoxdur… 

Bizimxeber.az-ın Miq.az-a istinadən əldə etdiyi məlumata istinadən bildirir ki, Abşeron rayonunun icra başçısı İradə Gülməmmədova anoloqu olmayan bir kadr dəyişikliyinə imza atıb. Xanım icra başçısı peşəkar bağça müdirəsini işdən çıxararaq, yerinə barlarda oxuyan və sosial şəbəkələrdə açıq-saçıq şəkillərini paylaşan Gülnar Nəbi Çingiz adı ilə tanınan müğənni xanımı 17 saylı bağçaya müdirə təyin edib. Və bu İradə Gülməmmədovanın  uşaqların tərbiyəsinə verdiyi önəmdir. Bunu başqa cür necə qiymətləndirmək olar? Hansı kriteriyalarla İradə xanım uşaq bağçasına təlim və tərbiyədən anlayışı olmayan, barlarda oxuyan bir xanımı müdir təyin edib? Bunu icra başçısı izah edə bilərmi?
Açığı burda "O olmasın, bu olsun” filminin məşhur epizodunu xatırlamamaq olmur.
 
İradə xanım barlarda və restoranlarda oxuyan bir müğənnini bağçaya müdirə təyin edərkən, Gülnar Nəbi Çingiz xanımın pedaqogika sahəsindəki hansı işlərini bəyənib? Bəlkə yeni müdirə uşaqlara barlardakı gecə həyatını anladacaq?