Nikol Paşinyanın Konstitusiya Məhkəməsinin sədrini dəyişdirmək cəhdləri və məhkəmənin hakimi Vaqe Qriqoryanın öz-özünü sədr elan etməsi Ermənistanda dövlət idarəçiliyinin hansı vəziyyətdə olduğunu göstərir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev Robert Köçəryanın yenidən həbs olunmasına münasibət bildirərkən deyib. Ekspertin sözlərinə görə, Paşinyan öz hərəkətləri ilə Qarabağ klanına ölkənin rəhbəri olduğunu göstərməyə çalışır:
"Köçəryanın həbsi təbii ki, adi həbslərdən deyil. Lakin Ermənistanın baş naziri üçün Köçəryanın həbsi vacib idi. Çünki onun azadlıqda qalması Nikol Paşinyana çox ciddi təhdiddir. Həmçinin, Qarabağ klanının hakimiyyətdə qalması da onun üçün təhdid hesab olunur və buna görə də Paşinyan çalışacaq ki, bundan sonra Qarabağ klanını tamamilə çökdürsün. Çünki həmin klan hakimiyyətdə olduğu müddətdə o heç vaxt tam şəkildə dövlətə rəhbərlik edə bilməyəcək”.