Şəfəqə Doğru » Manşet » Generalın oğlu ilə birlikdə həbs edilənlər azadlıqda

Generalın oğlu ilə birlikdə həbs edilənlər azadlıqda

Generalın oğlu ilə birlikdə həbs edilənlər azadlıqda
Xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Kənan Əliyev və Pərviz Abbasovun vaxtından əvvəl azadlığa buraxılmaları ilə bağlı ərizələrinə baxılıb.
Shafaqadogru.com axar.az-a istinadən xəbər verir ki, Binəqədi rayon Məhkəməsinin höküm ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilən şəxslər vaxtından əvvəl azadlığa buraxılıblar.
İttihama görə, 2017-ci il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMV markalı avtomobillə yol hərəkəti qaydalarını pozub.
Rüstəm Orucov ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaqda təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.
Hadisənin digər iştirakçıları Kənan Vəliyev və Pərviz Abbasovun barəsində həbs qətimkan tədbiri seçilməyib.
Müəyyən edilib ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib və hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub. O, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib.
Rüstəm Orucov Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham edilib.