Şəfəqə Doğru » Manşet » “Azərbaycan məmurları özlərinə nə sərf edir, onu da edir” – Qaydadan kənar şərab istehsalı

“Azərbaycan məmurları özlərinə nə sərf edir, onu da edir” – Qaydadan kənar şərab istehsalı

“Azərbaycan məmurları özlərinə nə sərf edir, onu da edir” – Qaydadan kənar şərab istehsalı
"Dövlət büdcəsini doldurmaq üçün ÜST-nin tövsiyəsinə qarşı gediblər. Bu tövsiyəyə daha çox maliyyə əldə etmək üçün əməl etmirlər”.


Sfera.az-a açıqlamasında bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pivə və arağın tərkibindəki bir qram təmiz spirt üçün aksiz vergisinin nisbətini 1:3-ə nisbətində tövsiyə etməsinə baxmayaraq, Azərbaycan hökumətinin 1:1,25 nisbətində götürməsi və belə vəziyyətin əhalinin alkoqolizasiyasına gətirib çıxaracağı məsələsinə toxunarkən ekspert Vahid Məhərrəmov deyib:



"Bunu daha çox maliyyə əldə etmək üçün edirlər. Bu mənada da Ümumdünya Səhiyyə Təşkilatının, nə də digər beynəlxalq qurumların tövsiyələrinə, qaydalarına məhəl qoymurlar. Azərbaycan məmurları özlərinə nə sərf edir onu da edir. Bu yolla daha çox qazanc əldə edildiyindən həmin məsələdə o cür mövqe tutublar. Burada başqa hər hansı ayrı bir əsas görmürəm. Belə vəziyyət spirt istehsalçılarının şəxsi maraqlarından da doğa bilər. Hər halda Azərbaycanın qoyduğu həmin qayda Nazirlər Kabineti tərəfindən təyin edilib. Ona görə də ola bilsin, əhalinin sağlamlığının əksinə olsa da belə, dövlət büdcəsi üçün daha çox pul toplamaq məqsədilə sözügedən tövsiyənin əksinə gediblər”.