Şəfəqə Doğru » Manşet » Azərbaycanlıların Qazaxıstanda qalma müddəti 90 günə çıxarıldı-yeni anlaşma

Azərbaycanlıların Qazaxıstanda qalma müddəti 90 günə çıxarıldı-yeni anlaşma

Azərbaycanlıların Qazaxıstanda qalma  müddəti 90 günə çıxarıldı-yeni anlaşma

"Azərbaycan və Qazaxıstan arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında" sazişə dəyişiklik edilməsinə dair protokol imzalanıb.

APA-nın xəbərinə görə, protokol Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən görüşündə imzalanıb.

Dəyişiklik Qazaxıstan və Azərbaycan vətəndaşlarının bu ölkələrin ərazisində qalma müddətinin 30 gündən 90 günə qədər artırılmasını nəzərdə tutur.

 

Eyni zamanda, dəyişikliklə hər iki ölkənin vətəndaşları 30 günə qədər rəsmi orqanlarda qeydiyyata düşməkdən azad edilir.

Protokolu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Qazaxıstanın Daxili İşlər naziri imzalayıblar.

Nicat