Şəfəqə Doğru » Manşet » "Bir zəhmət,istefa verib getsinlər"-Zümrüd Yağmur

"Bir zəhmət,istefa verib getsinlər"-Zümrüd Yağmur

"Bir zəhmət,istefa verib getsinlər"-Zümrüd Yağmur

Baş Prokurorluq Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin keçmiş müavini Fuad Qəhrəmanlıya cinayət işi açıb.

O yetkinlik yaşına çatmayan qızlarına və həyat yoldaşına qarşı zorakılıqda ittiham olunur. İttihamlar sübuta yetirilsə siyasətçiyə 5 ilə qədər həbs cəzası verilə bilər.

Fuad Qəhrəmanlı AzadlıqRadiosu-na açıqlamasında ittihamı əsassız, uydurma adlandırıb: "Bunlar hamısı uydurmadır, siyasi fəaliyyətimlə bağlı mənə edilən təzyiqdir və bunun başqa adı yoxdur”.

"... işgəncə faktlarını niyə araşdırmırlar”

Onun həyat yoldaşı Zümrüd Yağmur isə bu haqda "Facebook” səhifəsində yazır:

"Zakir Qaralovun ədalət damarı tutub və "dediyim dedikdi" deyib bir ailədə baş verən hadisə ilə bağlı cinayət işi acıb. Hətta şiddətin nə qədər olduğunu da müəyyən ediblər, nə az, nə çox... Sən demə, 40 dəfə olub...Hətta Sənayın 7 yaşı olanda ayağının sınmasına dair araşdırma da aparıblar əməllicə, 2018- ci ildə təkrar və hər il tələb olunan müayinəni də araşdırıb ortaya çıxarıblar. (Bunların belə araşdırma "qabiliyyəti" vardısa, niyə Tərtər, Gəncə işindəki işgəncə faktlarını araşdırmırlar?)”

Zümrüd Yağmur özünün və qızlarının kimlərinsə "məkrli oyunlarında ucuz şahmat taxtası” olmadığını bildirir:

"Mənim nə İlham Əliyevin, nə Mehriban Əliyevanın, nə Zakir Qaralovun, nə DTX-nın, nə də DİN- nin ədalətinə ehtiyacım yoxdur və onların siyasi qisas oyunlarında və ya başqa məkrli planlarında da alət olmaq niyyətində deyiləm. Belə ədalətlidirlərsə, bir zəhmət, istefa verib getsinlər, ədalətsiz əməlləri ucbatından boğulan ölkə rahat nəfəs alsın”.

 

Rüzgar