Şəfəqə Doğru » Manşet » Azərbaycanlı qız ABŞ-da ermənipərəst jurnalisti belə susdurdu - VİDEO

Azərbaycanlı qız ABŞ-da ermənipərəst jurnalisti belə susdurdu - VİDEO

Azərbaycanlı qız ABŞ-da ermənipərəst jurnalisti belə susdurdu - VİDEO

Ermənipərəst mövqeyi ilə tanınan rusiyalı jurnalist və aparıcı Vladimir Pozner Kaliforniyada çıxışı zamanı Dağlıq Qarabağdan olan azərbaycanlı Arzu Məmmədovanın sualı qarşısında çıxılmaz vəziyyətdə qalıb.

 

Shafaqadogru.com  xəbər verir ki, Qarabağ bölgəsindən olduğunu deyən Arzu Azərbaycanda bütün xalqların sülh şəraitində yaşadığını və heç bir xalqa, o cümlədən İsrail vətəndaşlarına qarşı ayrı-seçkilik olmadığını deyib. O qeyd edib ki, Vladimir Pozner kimi səviyyəli jurnalist qərəzsiz olmalıdır:

 

"Dağlıq Qarabağ- Ermənistanın rəsmi olaraq işğal etdiyi ərazidir. Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz qaytarılması barədə BMT qətnamələri var. Dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır”.

 

A.Məmmədova bildirib ki, azərbaycanlılar və ermənilər uzun illər Dağlıq Qarabağada birlikdə yaşayıb, hətta indiyədək Bakının mərkəzində erməni kilsəsi yerləşir.

 

"Siz Ermənistanı dəstəkləməklə qadın və uşaqların qatillərini alqışlayır, mən və ailəm də daxil olmaqla məcburi köçkün düşmüş minlərlə azərbaycanlıya qarşı ayrı-seçkilik edirsiniz. Sizcə, söz azadlığı ilə nifrət hissi arasındakı xətt haradan keçir?”, - deyə Arzu soruşub.

 

Nə deyəcəyini bilməyən Vladimir Pozner Dağlıq Qarabağın Ermənistanın rəsmi olaraq tanınan ərazisi adlandırıb. Bu zaman Məmmədova onun sözünü kəsərək Dağlıq Qarabağın Azərbaycanın rəsmi ərazisi olduğunu bildirib.