"Azərbaycanın ən qədim yaşayış məntəqəsi olan Göytəpə abidəsi Tovuz rayonunda yerləşir. Prezident özü Tovuza səfəri zamanı bu abidəni ziyarət etdi və Göytəpə parkının yaradılması ilə bağlı sərəncam imzalandı. Amma təəssüf ki, hələ də bu park yaradılmayıb və getdikcə Göytəpə abidəsi pis vəziyyətə düşüb”.
Shafaqadogru.com xəbər verir ki, bunu parlamentin dövlət büdcəsinin müzakirəsinə həsr olunan plenar iclasında çıxışı zamanı deputat Qənirə Paşayeva deyib. Q.Paşayeva bu cür işlərə də vəsait ayrılmasının vacib olduğunu deyib:
"Tovuz rayonunda bir çox məktəblər təhsilə yararlı deyil. Xaiş edirəm ki, bu məktəblərlə bağlı məsələlərə də diqqət ayrılsın. Dövlət Universitetlərinin yataqxanalarının artırılmasına ehtiyac var. Rayon əhalisi uşağını kirayədə saxlayıb oxutdura bilmir. Elə universitetlər var ki, ümumiyyətlə, yataqxanası yoxdur. Digər bir xahişim isə növbəti ildə aliment fondunun yaradılması ilə bağlıdır. Xahiş edirəm ki, bu müraciətlərimiz 2020-ci ilin büdcəsində nəzərdə tutulsun”.
Vilayət Muxtar