Şəfəqə Doğru » Manşet » Deputat uşaqpulunu verilməsini təklif etdi

Deputat uşaqpulunu verilməsini təklif etdi

Deputat uşaqpulunu verilməsini təklif etdi

Fazil Mustafa: "Sosial ödənişlər üzrə borclar bağışlanmalıdır”

 

2020-ci il üçün dövlət büdcəsinin müzakirələrində deputat Fazil Mustafa tənqidi fikirlərini irəli sürüb. O deyib: " "Ötən büdcə müzakirələrində mən  bir təklif verdim ki,  ayrı- ayrılıqda büdcədə payı çox olan  hökumət üzvləri ya komitə iclasında, ya da plenar iclaslarda öz büdcələrinin  təsnifatına uyğun olaraq məlumat versinlər. Mən hesab edirəm ki, baş nazir də,maliyyə naziri də, Mərkəzi Bankın sədri də, Sahil Babayev də kifayət qədər hazırlıqlı  insanlardır. Bu təklifləri müzakirə etmək lazımdır. Amma bizdə qəribə bir   hal olur ki, hökümət üzvləri əvəzinə parlamentdən kimsə  hökümətin əvəzinə  çıxış edir və bizə irad bildirir ki, bu fikri bildirmək olmaz.  Guya dünyada prezidentli ölkələrdə  belə bir qayda yoxdur. Heç olmasa, gedin Türkiyənin , Fransanın büdcə müzakirələri proseduruna  baxın. Və görün ki ayrı ayrı nazirlər  müzakirədə iştirak edir. Burda  məqsəd  odur ki, bütün yük maliyyə nazirinin üzərinə düşmür, yəni hardasa 2- 3 nazirin üzərində olmur bu yük. Həm də bütün nazirlər Parlament qarşısında öz büdcə  məsuliyyətini daha çox  hiss edirlər, onunla bağlı informasiya verirlər”.

Büdcənin 38 faizinin də sosial xərclərə yönəlməsinin  əslində büdcə siyasəti baxımdan  müəyyən problemlər yaratdığını deyən Fazil Mustafa bunun məcburiyyətdən atılmış addım olduğunu da dedi. O təklif etdi ki, "bəzi məmurların günahıü üzündən” DSMF qarşısında borclu duruma düşmüş müəssələr var: "O müəssisələrin, xüsusilə də istehsalatla məşğul olanların borcları bağışlanmalıdır: "Bu borcları  5 il müddətinə dondurmaq lazımdır. Bir çox müəsisələr var ki, onlar bəzi məmurların  ucbatından  belə borc içindədirlər . Və onların bank hesabları bağlanmış vəziyyətdədur. Bunlar əsasən istehsalla məşğul olan  müəssisələrdir. Bunların borclar bağışlanmalıdır ki, müəssisələır  sağlam zəmində çalışma imkanı əldə edə bilsinlər. Bu çoxlu problemlər yaradır və iflic duruma aparır. Artıq başqa partnyorlarla müqavilə  imzalaya  bilmirlər.  Toxuculuq və başqa sahələr var ki, borcun içindədirlər və ciddi narahatçlılq yaradır”.

Fazil Mustafa həmçinin deyib ki, hökümət  dünyaya uşaq  gətirən anaların mühafizəsi yolunda şıxış yolu tapmalıdır: "Onların kicik övladının sağlam böyüməsi üçün vacibdir. Burda  söhbət uşaq pulundan getmir. Bu, ayrı bir mövzudur;  bunun da yolu tapılmalıdır. Ən azı  6 yaşa qədər uşaqların sağlam  böyüməsi üçü  uşaq  pulunu hər hansı bir formada  verilməsinə də dövlət öz imkanları hesabına baxmalıdır. Biz qidaların bahalığı fonunda  nə qədər ailələrin əziyyət çəkdiyini müraciətlərin çoxluğundan görürük”.

Gülnarə ƏMİRQIZI

Bizimyol.info