Şəfəqə Doğru » Manşet » Qazax Bakı sərnisin qatarı niyə işləmir?

Qazax Bakı sərnisin qatarı niyə işləmir?

Qazax Bakı sərnisin qatarı niyə işləmir?

                                                                

   Artıq bir neçə aydır ki ,Qazax və Ağstafa rayon sakinlərindən redaksiyamıza coxlu zənglər və müraciətlər daxil olur.Müraciətlərdə Nəqliyyat Nazirliyinin Ağstafa ,Qazax,Tovuz  və Şəmkir rayonuna sərnişin qatarının işləməsinin niyə çox gördüyündən bəhs olunur.Ölkə rəhbərliyinin ölkəmizdə iktisadi, siyasi və digər  sahələrdə sürətlə inkişafından  danışılır.Amma bu necə inkişafdır ki, 8-10 saatlıq yolu saglam insanlar bir yana, xəstə  olanlar ,qocalar və körpəli analar  oturaq vəziyyətdə  Respublikamızın mərkəzi olan Bakı şəhərinə necə  getməlidirlər deyə,vətəndaşlar şikayətlənirlər.Sovetlər dönəmindən Ağstafa, Bakı  və daha sonra Qazax ,Ağstafa ,Bakı  qatarı mütamadi olaraq , işləmişdir.İndi nə oldu ki, Qazax ,Bakı sərnişin qatarı dayandırılmalı oldu deyə ,müraciətlərdə bildirilir. Biz isə borcumuz olaraq,bu müraciətləri qəzetimiz vasitəsi ilə işıqlandırır və aidiyyəti qurumlara bildiririk. Bəlkə ölkə prezidentimiz də bu regiona rəhm edib Qazax ,Ağstafa ,Bakı sərnişin qatarının işə düşməsinə göstəriş verər deyə düşünürük.Çünki, doğurdanda 8-10 saatlıq yolu oturaq veziyyətdə qət etmək çox çətindir.

  Qarşı tərəfində fikrini dərc etmıəyə hazırıq.

                                                                                          İmza : Neymət Novruzlu