"EuroHome" tikinti malları bazarında mağazaları yanan sahibkarlar aksiya keçirirlər.
Bakı-Sumqayıt yolunu bağlayan sahibkarlar onlara dəyən zərərin kompensasiya edilməsini istəyirlər.
Mağazası yananlardan biri ona 100 min manatdan yuxarı zərər dəydiyini və ticarət fəaliyyətinin tamam dayandığını bildirib.
Qeyd edək ki, ötən gün Binəqədi rayonu ərazisinsə yerləşən bazar alışıb. Çox sayda mağaza içərisində mallarla birgə yanıb./ Qaynarinfo.az
Maraqlıdır ki, dünən baş verən hadisədən indiyədək yanan mərkəzin rəhbərliyi ortalıqda görünməyib. Onlardan indiyədək bir açıqlama belə verilməyib. Görünür, sahibkarlarla da hər hansı bir görüşləri olmayıb.
Xatərladaq ki, "EuroHome” ticarət mərkəzinin "AF Holqinq”in rəhbəri Azay Möhnətova məxsus olduğu haqda xəbər yayılıb.
Bildirilir ki, holdinq 1991-ci ildən fəaliyyət göstərir. Holdinq haqqında açıq mənbələrdəki məlumata görə, bura 16 şirkət daxildir:
1."AF Bank” - VTB Bankın əvvəlki adıdır və hazırda 51% payla VTB Bank tərəfindən idarə olunur.
2. Everton
3. Uğur 97
4. Muradlı
5. AFSAN Plastik
6. AF Pen
7. AF Pilsa AF Holdinqlə Sabancı Holdinq arasında tərəfdaşlıq.
8. AF Business House
9. AF Euro Home
10. Aqua Park Baku
11. AF Hotel Aqua Park
12. Aqua Park Shikhov
13. AF Mall
14. AF Com Plaza
15. AF Com Center
16. AzİnTran
Azay Möhnətova gəlincə, tikinti biznesi ilə məşğul olan iş adamı kimi təqdim edilir. Azay Möhnətov eyni zamanda Azərbaycan Memarlar Birliyinin üzvüdür.
"EuroHome”yə gəlincə, reyestr məlumatlarında bu ticarət mərkəzinin MMC kimi 2 iyul 1999-cu ildə dövlət qeydiyyatına alındığı göstərilir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, ev 1-də yerləşən MMC-nin nizamnamə kapitalı 306 min 548 manatdır. "EuroHome” ticarət mərkəzinin qanuni təmsilçisi isə Məmmədov Samir Lətif oğludur. Açıq mənbələrdə onunla bağlı hər hansı məlumat yoxdur/Yenisabah.az