Bu gün Masallıda zəlzələ olub.
APA-nın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 12:32-də Lənkəran stansiyasından34 kmşimal-şərqdə Masallı ərazisində 3.4 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələnin ocağı36 kmdərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.