Şəfəqə Doğru » Manşet » D.Tramp "qondarma soyqırım"a veto qoydu

D.Tramp "qondarma soyqırım"a veto qoydu

D.Tramp "qondarma soyqırım"a veto qoydu
ABŞ prezidenti Donald Tramp Senatın qondarma "erməni soyqırımı” haqqında qətnaməsinə veto qoyub.

Bu barədə ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Morqan Ortaqus məlumat verib (reytinq.az).

M. Ortaqus bildirib ki, ABŞ Senatında qəbul edilən qərar hüquqi deyil.

Onun sözlərinə görə, "soyqırımı” məsələsində hakimiyyətin mövqeyi dəyişməyib, 24 aprel 2019-cu ildəki ilə eynidir.

Qeyd edək ki, rəsmi Ankara ABŞ Senatının qərarının hüquqazidd olduğunu bildirmişdi.

Xatırladaq ki, ABŞ prezidentinin 24 aprel 2019-cu ildə 1915-ci il hadisələri ilə bağlı yazılı açıqlamasında "erməni soyqırımı” ifadəsi deyil, "böyük fəlakət" ifadəsi işlədilib.
 
Nicat Novruzov