Şəfəqə Doğru » Manşet » Erməni həyasızlığı davam edir -Laçında Andranikə büst qoydular

Erməni həyasızlığı davam edir -Laçında Andranikə büst qoydular

Erməni həyasızlığı davam edir -Laçında  Andranikə büst qoydular
Azərbaycanın 28-ci ildir işğal altında qalan Laçın rayonunun "Nerkin Sus” adlandırılmış Sus kəndində  terrorçu və işğalçı erməni generalı Andranik Ozanyanın büstü qoyulub.
Bu haqda həmin ərazidə məskunlaşan ermənilər sosial şəbəkələrdə paylaşımlar ediblər.

Xatırladaq ki, XX əsrin əvvəlində Osmanlı-Rusiya savaşlarında türk ordusuna xəyanət etdiyinə görə türk paşalarından biri tərəfindən qulağı kəsilən Andranik Ozanyan sonradan qoşun toplayaraq Türkiyə, Naxçıvan, Zəngəzur və Qarabağ ərazilərində Anadolu və Azərbaycanın türk, müsəlman əhalisinə qarşı saysız-hesabsız amansız qətliamlara əl atıb. Tayqulaq erməni generalının qoşunu 1919-cu lin yazında Laçın rayonunun Zabux kəndi yaxınlığında xalq qəhrəmanı Sultan bəyin dəstələri tərəfindən mühasirəyə alınaraq darmadağın edilib. Təəssüf ki,  tülkü xislətli Andranikin özünə qaçmaq müəssər olub...