Dünyaca məşhur ispan nəşri "Marca” bu gün Bakıda bu həftəsonu keçiriləcək Formula 1 Avropa Qran-Prisi barədə məqalə dərc edib.
Shafaqadogru.com "Rekord.az”a istinadən xəbər verir ki, qəzet Azərbaycanın bu yarışı keçirmək hüququna yiyələnmək üçün 80 milyon avro ödədiyini iddia edib.
"Marca” həmçinin qeyd edir ki, ispaniyalı sürücü Fernando Alonsoya bizim Qran-Prininin səfiri olmaq üçün 2 milyon avro ödənəcək.
Məlum olduğu kimi, Azərbaycan və bossu Berni Ekklstoun olan Formula 1 arasındakı müqavilənin dəyəri kommersiya sirridi və rəsmi açıqlanmır.
"Marca” hesab edir ki, Avropa Qran-Prisinə sərf olunan pulların bir hissəsini geri qaytarmaq mümkün olmayacaq. Nəşr nümunə kimi, Avropa Qran-Prisininin keçirildiyi digər şəhər – Valensiyanı göstərib.
Bakıdakı yarışlar 17-19 iyun tarixlərində keçiriləcək.