Yevlağın sabiq icra başçısının saxlanılma xəbəri yayıldı
19-12-2019, 22:47
552
Yevlax şəhər icra hakimiyyətinin sabiq başçısı Qoca Səmədov həbs olunub.
Demokrat.az-a istinadla yayılan xəbərdə deyilir ki, sabiq icra başçısı bu gün saxlanılıb.
Xatırladaq ki, Q. Səmədov 18 fevral 2011-ci il tarixində Yevlax şəhər icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş, bu ilin oktyabrın 31-də isə vəzifəsindən azad edilib.