ABŞ Hərbi Hava Qüvvələrinin İraqdakı şiə Hizbullah hərəkatına etdiyi hücumda ən az 19 nəfər həyatını ititib.
Bu haqda Alsumaria İraqın "Haşdi-şabi” şiə silahlılarının rəhbəri Cavad kazım rabiaviyə istinadən məlumat yayıb. Məlumata görə, 35 nəfər yaralanıb, dağıntılar altında isə xeyli cəsədlər var//qaynarinfo.az
Qeyd edək ki, bundan əvvəl Pentaqon rəhbərinin köməkçisi Conatan Hoffman ABŞ qoşunlarının Hizbullahın İraq və Suriyadakı beş silah anbarı və komandanlıq məntəqələrinə qarşı "dəqiq müdafiə zərbələri” endirdiyini bildirmişdi.