Saatlı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Gülhüseyn Əhmədov vəfat edib.
Xeyli müddətdir ağır xəstəlikdən əziyyət çəkən 64 yaşlı keçmiş icra başçısı bu gün axşam saatlarında dünyasını dəyişib//criminal.az.
Qeyd edək ki, G. Əhmədov 1993-2005-ci illərdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı işləyib. 2005-ci ilin noyabrında 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilib. Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olub.