Şəfəqə Doğru » Manşet » Qazi Kamil Musəvi də deputat olmaq istəyir

Qazi Kamil Musəvi də deputat olmaq istəyir

Qazi Kamil Musəvi də deputat olmaq istəyir
Hərbi əməliyyatlar zamanı ayağını və gözünü itirmiş kəşfiyyatçı Kamil Musəvi də deputat olmaq istəyir.

 

 

 

O 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyini irəli sürüb (bakupost.az) 


Bu barədə qazi öz feysbuk hesabında məlumat verib: "Vətənimiz və xalqımız üçün xeyirli olsun!!! 

Dünyanın harasında yaşamağından asılı olmayaraq, bütün Azərbaycanlılarımın dəstəyini gözləyəcəm!”

 

 

Kəşfiyyat qrupunun komandiri vəzifəsini icra edən Kamil Musəvi 2015-ci il oktyabr ayının 12-də gecə saat 23:46-da Talışkənd istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman bir gözü və ayağından yaralanıb. Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçı baş leytenantı olan Musəvi "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, "Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medal, "Vətən Naminə” medalı və "General Həzi Aslanov” medalları ilə təltif edilib.