Şəfəqə Doğru » Manşet » Mehman Hüseynovun "məntəqəsində" seçki nəticələri ləğv olundu-MSK qərarı

Mehman Hüseynovun "məntəqəsində" seçki nəticələri ləğv olundu-MSK qərarı

Mehman Hüseynovun "məntəqəsində" seçki nəticələri ləğv olundu-MSK qərarı

Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında 23 dekabr 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinə namizəd olmuş bloqqer Mehman Hüseynovun şikayətinə baxılıb.

 "APA"ya istinadən yayılan məlumata görə, iclasda səsvermə günü 30 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının 24 saylı seçki məntəqəsinin və 31 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının 30 saylı seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən bəzi qanun pozuntuları ilə bağlı müraciət dinlənilib, səsvermə günü həmin məntəqələrdə lentə alınaraq sosial şəbəkələrdə paylaşılan görüntülər araşdırılıb

 

MSK nəzdində Ekspert qrupunun araşdırması zamanı müraciətdə qeyd olunanlar qismən təsdiqini tapıb. Buna görə də MSK 30 saylı Suraxanı Birinci Dairəsinin  24 saylı seçki məntəqəsinin və 31 saylı Suraxanı İkinci Dairəsinin 30 saylı seçki məntəqəsinin nəticələrinin ləğv olunması ilə barədə qərar qəbul edib. Eyni zamanda həmin məntəqələrin məntəqə seçki komissiyaları buraxılıb.

Qeyd edək ki, iki məntəqədə səsvermənin nəticələrinin ləğv edilməsi Qaraçuxur bələdiyyəsinə seçkilərin nəticələrini dəyişməyib.