İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif özünün "Twitter” hesabında Ukraynaya məxsus təyyarəyə "səhvən” raket atıldığını qeyd edib.
Məhəmməd Cavad Zərif sərnişin təyyarəsinin "səhvən” vurulmasına görə üzr istəyib.
"ABŞ-ın böhran zamanı səbəb olduğu insan xətası fəlakətə yol açdı. Ölənlərin ailələrindən üzr istəyirik”, - nazir açıqlamasında deyib.
Xatırladaq ki, Ukraynaya məxsus təyyarənin yanvarın 8-də Tehran aeroportunun yaxınlığında qəzaya uğraması nəticəsində 167 sərnişin və doqquz heyət üzvü həlak olub/oxu.az