NAVİQASİYA

» » Namizədlərin sayı 1099 nəfərə çatıb-MSK
Namizədlərin sayı 1099 nəfərə çatıb-MSK
- Tarix: 13-yan-2020, 16:05 - Bölmə: Manşet - Baxış sayı: 72

Deputatlığa namizədlərin sayı 1099 nəfərə çatıb.

APA-nın Mərkəzi Seçki Komissiyasınn (MSK) saytına istinadən verdiyi məlumata görə, 2020-ci ilin fevralın 9-a təyin olunmuş növbədənkənar parlament seçkilərində iştirak üçün müraciət edən 2431 nəfərdən 1099-nun namizədliyi qeydə alınıb.

Üç seçki dairəsində namizədliyi irəli sürülən namizədlərin hamısı - 1 saylı Şərur-Sədərək seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 3 nəfər, 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən deputatlığa namizəldiyi irəli sürülən 3 nəfər,105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 9 nəfər qeydə alınıb.

 

Ümumilikdə ən çox deputatlığa namizədlərin qeydə alındığı seçki dairəsi isə 87 saylı Ağsu-İsmayıllı seçki dairəsidir. Bu seçki dairəsində 24 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.


Oxşar xəbərlər