Şəfəqə Doğru » Manşet » İş axtaranlara maraqlı xəbər

İş axtaranlara maraqlı xəbər

İş axtaranlara maraqlı xəbər
Vətəndaşlara onlarla bağlı sosial məlumatlara real vaxt rejimində çıxış və dövlət sosial xidmətlərindən çevik rejimdə yararlanmaq, öz sosial hüquqlarının təminatına daimi nəzarət imkanı verən "e-sosial” internet portalının funksionallığı daha da genişləndirilib.
Moderator.az saytı xəbər yayıb ki, portalın "e-Xidmətlər” bölməsində təqdim edilən xidmətlərin sayı artırılıb.  
Buraya iş axtarışı ilə bağlı müraciət edilmə xidməti də daxil edilib ki, hər bir şəxs istənilən vaxt portalda vakansiyalarla tanış ola və əmək bacarıqlarına uyğun iş yerlərinə elektron qaydada göndəriş əldə edə bilər.
 
Nicat Novruzov