NAVİQASİYA

» » MTN generalının qızı seçkidən geri çəkildi: "Məni Şirvanın Meqan Marklı adlandırdılar..."
MTN generalının qızı seçkidən geri çəkildi: "Məni Şirvanın Meqan Marklı adlandırdılar..."
- Дата: 29-yan-2020, 14:07 - Bölmə: Manşet / Müsahibə - Baxış sayı: 27

46 saylı Şirvan şəhər seçki dairəsindən deputatlığa namizəd Əsmər Əliyeva namizədliyini geri götürüb.


Demokrat.az xəbər verir ki, bu barədə Ə, Əliyevanın özü məlumat verib.


O, geriçəkilmə qərarını belə izah edib:


"Təəssüf hissi ilə bildirmək istəyirəm ki, şəxsi səbəblər məni bu yolu tamamlamaq imkanından məhrum etdi. Şirvan camaatının qəlbində etdiyim yer, onlarda deputata və namizədlərə sönmüş həvəsin yenidən oyanmasına nail olmaq mənim qələbəm oldu. Məni bu yolda Şirvanın Meqan Marklı və Qənirə Paşayevası da adlandırdılar. Mən inanıram ki, Şirvan camaatı seçkilərdə aktiv olacaq və öz namizədini layiqincə seçəcək!


Əminəm ki, ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın apardığı islahat siyasəti layiqincə icra olunacaq və yeni formalaşacaq parlament savadlı, nüfuzlu, əxlaqlı, səmimiyyəti və cəsarəti ilə hamişə seçicisinin yanında olacaq. Bu yolda mənə güvənən və məni dəstəkləyən ailəmə, dostlarıma, qohumlarıma, nümayəndələrimə, vəkillərimə, müşahidəçilərimə və adını bilmədiyim, sayı minlərə çatan gizli və açıq təbliğatçılarıma və dəstəkçilərimə minnət hissi ilə təşəkkür edirəm! Yaxşı ki, mən bu yola başladım və sizləri tanıdım!”.


Xatırladaq ki, Ə.Əliyeva ləğv edilmiş MTN-nin kadrlar idaərsinin keşmiş rəisi, general Əlmusa Əliyevin qıızıdır. Onun bu dairədəki ən ciddi rəqibi isə mərhum nazir Yavər Camalovun oğlu Rəşad Camalov sayılırdı.


Oxşar xəbərlər