Teref.az olaraq poçtumuza daxil olan şikayəti təqdim edirik:
Azərbaycan Respublikası Prezidenti
İlham Əliyev cənablarına
Surəti: Azərbaycan Respublikası Birinci Vitse-
Prezidenti Mehriban xanım Əliyevaya
Surəti: Azərbaycan Respublikası Mərkəzi Bankın
sədri cənab Elman Rüstəmova
Surəti: "Unibank” ASC rəhbərliyinə
Bakı şəhəri, Binəqədi rayonu, Hökməli kəndi,
Yeni Yaşayış massivində yaşayan
Abbasquliyev Eldar Mürşüd oğlu tərəfindən
(telefon: 070-807-63-56)
Ş İ K A Y Ə T Ə R İ Z Ə S İ :
Möhtərəm cənab Prezident!
Yazıb Sizə bildirirəm ki, "Unibank” ASC-nin qanunsuzluğu və özbaşınalığı ilə üz-üzə qalmışam. Belə ki, 29.11.2014-cü il tarixdə mənimlə "Unibank” arasında bağlanmış 6213nkXRD/14 saylı kredit müqaviləsinə əsasən 5000 ABŞ dolları məbləğində kredit götürmüşəm. Həmin krediti Sizin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərman verilənədək hər ay vaxtlı-vaxtında qrafikə uyğun ödəmişəm. Fərman verildikdən sonra mənə də kompensasiya hesablanmış və bu barədə keçmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında məlumat yerləşdirilmişdir. Həmin məlumata əsasən mənə cəmi 3361.58 manat kompensasiya hesablanmışdır. Lakin "Unibank” ASC rəhbərliyi Prezident Fərmanını qulaqardına vuraraq bu günə qədər mənə çatmalı olan kompensasiyanı ödəməkdən qəti şəkildə imtina edir. Ona görə də Sizə müraciət etməkdən başqa yolum qalmayıb.
Möhtərəm cənab Prezident!
Xahiş edirəm "Unibank” ASC-nin bu qanunsuzluq və özbaşınalığına son qoyulması və mənə düşən kompensasiyanın tam şəkildə ödənilməsi üçün göstəriş verəsiniz.
İmza: Abbasquliyev E.M.
--
Eldar Abbasquliyev

Shafaqadogu.com Teref.az-a isdinadən xəbər verir.