Qoç - Sevdiyiniz məşğuliyyətlərə vaxt ayırın. Eşq həyatınızda müsbət irəliləyişlər olacaq. Yeni tanış olduğunuz biri ilə dostlaşacaqsınız.
Buğa - Üzərinizdə təzyiq hiss edəcəksiniz. Özünüzü həmkarlarınızdan gözləyin. İstəklərinizi yerinə yetirmələri üçün şirin dilinizi işə salın.
Əkizlər - Müqavilə imzalamadan öncə şərtləri diqqətli oxuyun və sizdən nə tələb edildiyini düzgün dərk edin. Hamını razı salmağa çalışmayın. Başqalarına kömək etmək gözəldir, ancaq bu gün yalnız öz işlərinizə vaxt ayırmalısınız.
Xərçəng - Bəzi mövzularda hisslərinizə güvənin. Özünüzü dəyərləndirməyi bacarın, təvazökarlıq etməyin. Özünəməxsusluğunuz populyarlığınızı artıracaq.
Şir - Problemin əsas səbəbini müəyyənləşdirməmiş həll yolları axtarmayın. Liderlik bacarığınız rəhbərinizin diqqətini çəkəcək. Eşq həyatınızda hər şey ürəyinizcə olacaq.
Qız - Sizi dəstəkləyən insanları qiymətləndirin. Yaxşılıqları unutmayın. Maddiyyatla bağlı mövzularda risk etməyin.
Tərəzi - Dostlarınızla vaxt keçirəcək və səyahət planları quracaqsınız. Yeni fikirlər sizi həyəcanlandıracaq.
Əqrəb - Planlarınızı heç kimlə bölüşməyin. Ailənizdə dava-dalaş ola bilər. Sakitliyinizi qoruyun.
Oxatan - Yeni iş planları quracaqsınız. Bu iş sizin bacarığınız və təcrübənizə layiq olacaq.
Bu gün sevdiyiniz şəxs üzünüzü güldürəcək.
Oğlaq - Monotonluqdan sıxılacaq, yenilik axtarışında olacaqsınız. Ortaqlarınızla aranız dəyə bilər.
Dolça - Məntiqli düşünməyiniz işinizi asanlaşdıracaq. Qərar verərkən ancaq öz fikirlərinizi nəzərə alın. Çox işləyirsiniz, bunun qarşılığını yaxın günlərdə alacaqsınız.
Balıqlar - Danışmaq əvəzinə hərəkətə keçin. Tənqidi fikirlərə açıq olun. Özünüz olmaqdan vaz keçməyin.