Şəfəqə Doğru » Manşet » "Qadınsan,get bozbaşını bişir"-MSK təmsilçisindən qadın namizədə şok sözlər

"Qadınsan,get bozbaşını bişir"-MSK təmsilçisindən qadın namizədə şok sözlər

"Qadınsan,get  bozbaşını bişir"-MSK təmsilçisindən qadın namizədə şok sözlər
Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd Günel Səfərovanın Mərkəzi Seçki Komissiyasına qarşı şikayətinə baxılıb.
Məhkəmə heç bir araşdırma aparmadan MSK üzvü Ramiz İbrahimovun tovsiyyəsi ilə iddianın təmin olunmaması barədə qərar verib. 

Aktual.az-ın məhkəmədə iştirak edən əməkdaşı xəbər yayıb  ki, qərar veriləndən sonra namizəd Günel Səfərova MSK üzvünə, "Ramiz müəllim verilən qərardan vicdanınız rahatdırmı?" sualını ünvanlayıb. MSK rəsmisi Ramiz İbrahimovun cavabı hamını təəccübləndirib: "Niyə namizəd olmusan? Qadınsan, get bozbaşını bişir". 

Günel Səfərovanın reaksiyası isə daha sərt olub: "Saxtakarlıq etməkdənsə, kaş bozbaşı siz bişirərdiniz. Sizin kimi "bozbaşlar" seçkini bu günə qoyub. Siz qadının yerini bozbaş bişirməkdə görürsünüz? Utanmırsınız qadınlara bu cür yanaşırsınız? Axı Vitse-prezident qadındır". 
Hətta MSK təmsilçisinin bu cavabı hakimlərin də təəccübünə səbəb olub. Səhv etdiyini anlayan R.İbrahimov dərhal iclas zalını tərk edib.