Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən "Azərmaş” MMC-dən 164 ədəd "Khazar LX” markalı minik avtomobili alacaq.
"Report” xəbər yayıb ki, nazirlik buna görə 1 999 980 manat ödəniş edəcək.
Başqa sözlə, hər avtomobil quruma 12 195 manata başa gələcək.