Şəfəqə Doğru » Manşet » Balıq biznesi, sarmısaq sahələri...-Həbs olunan icra başçısı haqqında iddialar

Balıq biznesi, sarmısaq sahələri...-Həbs olunan icra başçısı haqqında iddialar

Balıq biznesi, sarmısaq sahələri...-Həbs  olunan icra  başçısı haqqında iddialar

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX)-nin  Biləsuvarda keçirdiyi əməliyyatla həbs  edilən icra  başçısı haqqında müxtəlif qanunsuzluq  iddiaları səsləndirilir. Bununla bağlı əvvəldən çoxsaylı, əsaslı şikayətlər də olub.

Saxlanılan icra  başçısı, Mahir Hacı oğlu Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1975-1976-cı illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə, 1976-cı ildə "Yenilik" qəzeti mətbəəsində mürəttib, 1976-1977-ci illərdə Kəlbəcər rayon İstehlak cəmiyyətində satıcı, işləyib.

1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub. 1980-1981-ci illərdə "Azərnəqliyyat" tikinti trestində usta, 1981-2005-ci illərdə Səbail rayonunda İctimai iaşə idarəsində satıcı, inzibatçı, "Sahil” restoranında ofisant, müavin və buranın müdiri olub. 2000-ci ildə Bakı şəhərində "Naxçıvan” Universitetinin İnzibati İdarəetmə ixtisasını bitirib, 42 yaşında məzun olub. 2005-2006-cı illərdə Səbail bələdiyyəsində sədr müavini, 2006-2011-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib.

26 aprel 2011-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür. 

Mahir Quliyevlə bağlı yayımlanan qanunsuzluq iddiaları əsasən aşağıdakılardır:

- icra başçısı başqa-başqa şəxslərə aid olan minlərlər hektar torpağı öz şəxsi maraqları üçün istifadə edib. Bu ərazilərdə taxıl, qarpız və sarımsaq əkdirib. Onunla yanaşı, müavinlər və şöbə müdirləri də böyük torpaq sahələrini ələ keçiriblər.

- M.Quliyev əkinə yararlı torpaqları yaxın ətrafındakı insanlara və dostlarına hədiyyə edib. Bəzi böyük torpaq sahələrini isə oliqarxlardan birinə və sahibkarlıqla məşğul olan iş adamlarına satıb.

- yerli sahibkarlar davamlı olaraq başçının təzyiqi ilə üzləşiblər. Rayonda azacıq da olsa, inkişaf perspektivlərinə malik hər hansı biznes növü, dərhal başçı və ya onun yaxınları tərəfindən nəzarətə götürülüb. Həmçinin yerli iş adamları məcburi şəkildə rayonda aparılan abadlıq işlərinə cəlb edilib. Onları məcbur ediblər ki, hərəsi bir ərazini öz hesablarına abadlaşdırsınlar. İmtina edənlər isə müxtəlif təziqlərlə üzləşdikləri üçün obyektlərini bağlayıb rayonu tərk etməyə məcbur olublar.

Başqa bir iddia da rayonda dövlət tərəfindən ayrılan sosial yardımların yoxsul, imkansız ailələrə deyil, vəzifə sahiblərinin yaxın qohum-əqrəbalarına yazılması ilə bağlıdır. Bildirilir ki, yardımlar rayon rəhbərliyi arasında bölüşdürülürmüş.

Məlumatlarda qeyd olunur ki, rayonun Xırmandalı kəndinin Mahmudcala və Cərcili deyilən ərazilərində qeyri-leqal yollarla çoxlu sayda süni balıq gölləri yaradılıb. 500 ha-dan çox ərazini əhatə edən bu qanunsuz göllərin sahiblərinin əsas şəriki isə icra başçısı Mahir Quliyev olub. .

Nəticədə isə süni gölməçələr ətrafda şoranlaşma yardıb, əkinə yararlı ərazilər yararsız hala düşüb. Həmçinin süni gölməçələrin davamlı olaraq su ilə təmin olunmasına ehtiyac olduğuna görə, yay aylarında rayonda ciddi su qıtlığı yaranıb. Beləcə, başçının balıq biznesi ucbatından sakinlərin əkin sahələri susuz qalıb.

Su qıtlığının yaranmasının digər səbəbi isə 1500 hektar əkin və otlaq sahələrinə gedən birinci "vetka” su kanalının ləğv edilməsi ilə bağlıdır. İddiaya görə, ləğv edilən kanalın ərazisindəki torpaq sahəsi yerli məmurların mülkiyyətinə cevrilib/// bakupost..az