Şəfəqə Doğru » Manşet » "Əgər nazir xalqın qarşısına çıxa bilmirsə istefa versin"-deputatdan istefa tələbi

"Əgər nazir xalqın qarşısına çıxa bilmirsə istefa versin"-deputatdan istefa tələbi

"Əgər nazir xalqın qarşısına çıxa bilmirsə istefa versin"-deputatdan istefa tələbi

  "Nazir vəzifə borcunu  yerinə yetirə bilmirsə, yenə də istefa versin"

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov  Milli Məclisdə Hesablama  Palatasının illik məruzəsinin müzakirəsi  zamanı  deyib.

Onun sözlərinə görə, hər bir nazirliyin, dövlət qurumunun mətbuat xidməti ola bilməz.

"Biz pandemiya dövründə də gördük. Nazir qalıb kənarda, mətbuat xidmətləri "Əlləzinə” oxuyur. Buna baxmaq lazımdır. Əgər nazir xalqın qarşısına çıxa bilmirsə, üzü yoxdursa istefa versin. Necə olur Prezident, Birinci vitse-prezident  birbaşa xalqla təmasda olur. Nazir isə yox. Nazir vəzifə borcunu  yerinə yetirə bilmirsə, yenə də istefa versin. Belə olmaz. Nazirin birbaşa vəzifəsi xalqı məlumatlandırmaqdır. Ona görə də hesab edirəm ki,  Hesablama Palatası gələcəkdə bu məsələləri nəzərə alsın”- komitə sədri deyib// olke.az