Şəfəqə Doğru » Manşet » Hüquqşünas bu icra başçılarına səsləndi: - “Sərt cəzalar sizi gözləyir!”

Hüquqşünas bu icra başçılarına səsləndi: - “Sərt cəzalar sizi gözləyir!”

Hüquqşünas bu icra başçılarına səsləndi: - “Sərt cəzalar sizi gözləyir!”
Son vaxtlar, demək olar, hər gün bir icra başçısının vəzifəsindən azad edildiyini eşidirik. Onlar vəzifələrindən sui-istifadəyə yol verdiklərinə, dövlətə xəyanət etdiklərinə görə həbs olunurlar. Bəs bu icra başçılarına qarşı hansı cəza tədbirləri həyata keçirilməlidir? Hüquq nəyi tələb edir?
"Sherg.az” saytı olaraq məsələyə aydınlıq gətirməsi üçün hüquqşünas İradə Cavadova ilə əlaqə saxladıq. O, həbs edilən icra başçılarını ağır cəzaların gözlədiyini dedi:

"Əksər icra başçısı öz vəzifəsindən sui-istifadə edirlər. Onların hər birini müəyyənləşdirib, bütün səlahiyyətlərini əlindən almaq lazımdır. Həmin məmurlar vəzifə səlahiyyətlərini aşmaqla bərabər, həm də dövlət vəsaitini mənimsəməyə, korrupsiyaya yol verirlər. Buna görə də cinayət məcəlləsinin bir neçə maddəsi ilə məsuliyyətə cəlb olunmalıdırlar”.

Hüquqşünasın sözlərinə görə, daha ciddi araşdırılmaya ehtiyac var:

"Hətta ola bilsin, həmin məmurlar, başqa çirkin əməllərə, o cümlədən talançılığa da yol veriblər. Bunu müəyyənləşdirmək üçün monitorinqə ehtiyac var. Bir şərtlə ki, monitorinqi keçirən şəxslər də məsuliyyəti dərk etsinlər və nəyəsə göz yumduqları, kimlərəsə güzəştə gedəcəkləri halda hüquq qarşısında cavab verəcəklərini anlasınlar”.