Şəfəqə Doğru » Manşet » Jurnalistə görə Azərbaycan cərimələndi

Jurnalistə görə Azərbaycan cərimələndi

Jurnalistə görə Azərbaycan cərimələndi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycan hökumətini 14100 avro cərimələyib.
Avropa Məhkəməsi mayın 14-də Azərbaycandan göndərilmiş 3 şikayət üzrə qərarını elan edib.
Məhkəmə iddia olunan pozuntuların əksəriyyətini tanıyıb.

Bu barədə məlumatı media hüququ üzrə ekspert Xalid Ağalıyev öz feysbuk hesabında yayıb.
Elan edilən qərarlardan biri jurnalist Sevinc (Vaqifqızı) Abbasovanın ölkədən çıxışına qadağa qoyulması ilə bağlı şikayəti olub.

Qərarda deyilir ki, ərizə kommunikasiya edilərkən, hökumət iddia olunan hərəkət azadlığı və səmərəli hüquqi müdafiə vasitələri hüququ maddələri üzrə pozuntuları etiraf edib. Azərbaycan hökuməti oxşar örnəklərə əsaslanıb ərizəçiyə 5 min avro təzminat ödəməyə hazır olduğunu, məhkəmədən işin siyahıdan çıxarılmasını xahiş edib.