Şəfəqə Doğru » Manşet » Bakıda qətl-35 yaşlı kişi bıçaqlanaraq öldürülüb

Bakıda qətl-35 yaşlı kişi bıçaqlanaraq öldürülüb

Bakıda qətl-35 yaşlı kişi bıçaqlanaraq öldürülüb

İyunun 17-də saat 23 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1985-ci il təvəllüdlü Cəlal Hüseynovun naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub.

Baş Prokurorluqdan verilən xəbərə görə, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

 

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.