Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olan Ağstafa rayon Köçəsgər kənd sakini, 1987-ci il təvəllüdlü gizir Babayev Yaşar Vasif oğlunun yeni doğulan övladı xəstəxanadan evə buraxılıb.
Shafaqadogru.com xəbər verir ki, Azərbaycan Dövlət Televiziyası şəhidin qızının doğum evindən buraxılmasını lentə alıb.
Şəhid Yaşar Babayevin qızı Narin Babayevanı xəstəxana heyəti ilə yanaşı, doğum evinin qarşısına toplaşmış vətəndaşlar da yola salıb.